bioqraf
GƏL ALLAH HARDASAN MƏN TƏK QALDIM. HARDASAN ALLAH HARDASAN MƏN TƏK QALDIM..  
  Ana SƏHİFƏ
  ƏLAQƏ
  QARAQAN-"GÖZƏLÇƏ"
  QARAQAN - " ŞEYTANIN DUASI"
  QARAQAN " A " kitabı
  AFORİZMLƏR
  ALBERT ENŞTEYN
  ADOLF HİTLER
  MÜDRİK SÖZLƏR
  PUNK İDEOLOGİYASI
  EMO
  SATANİZM
  H.O.S.T ALLİANCE
  H.O.S.T {SUAL-CAVAB}
  LiNKiN PARK
  SAGOPA KAJMER
  MANGA
  EMiNEM
  CEZA
  REİNKARNASİYA
  Qabriel Qarsia Markes
  AFORİZMLƏR (2)
  Q.Q.MARKESLƏ MÜSAHİBƏ
  Al Paçino
QARAQAN - " ŞEYTANIN DUASI"



Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.

 

Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.

 

“Bismilləhirrahmənirrahim”

 

“Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.

 

Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”

Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı. 

Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.

 

 

 


ZAMAN TƏLƏSİR ÖMÜR BU QƏDƏR AZDIR..  
   
HƏYAT MURƏKKƏBİ İLƏ YAZILMIŞ - MURƏKKƏB HƏYAT.  
  SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT ! SƏN QUM DƏNƏCİYİ QƏDƏR KİÇİKSƏN ! SƏNİN BEYNİNİ UŞAQ NAĞILLARI İLƏ DOLDURUBLAR ! SƏN HEÇ VAXT XOŞBƏXT OLMAYACAQSAN !  
GÜNƏŞ ALTINDA YENİ HEÇNƏ YOXDUR !  
  BİZİM ÜÇÜN DƏYƏRLİ HEÇNƏ YOXDUR!  
CƏNNƏT SAVABLA SATILAN FAHİŞƏLƏRLƏ DOLUDUR.  
  Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır.  
İNSAN AZAD DOĞULUR, LAKİN MƏN ONU HƏR YERDƏ ZƏNCİRDƏ GÖRDÜM.  
  J.J. RUSSO  
Bugün 1 visitors (1 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol