bioqraf
GƏL ALLAH HARDASAN MƏN TƏK QALDIM. HARDASAN ALLAH HARDASAN MƏN TƏK QALDIM..  
  Ana SƏHİFƏ
  ƏLAQƏ
  QARAQAN-"GÖZƏLÇƏ"
  QARAQAN - " ŞEYTANIN DUASI"
  QARAQAN " A " kitabı
  AFORİZMLƏR
  ALBERT ENŞTEYN
  ADOLF HİTLER
  MÜDRİK SÖZLƏR
  PUNK İDEOLOGİYASI
  EMO
  SATANİZM
  H.O.S.T ALLİANCE
  H.O.S.T {SUAL-CAVAB}
  LiNKiN PARK
  SAGOPA KAJMER
  MANGA
  EMiNEM
  CEZA
  REİNKARNASİYA
  Qabriel Qarsia Markes
  AFORİZMLƏR (2)
  Q.Q.MARKESLƏ MÜSAHİBƏ
  Al Paçino
EMiNEM

 

Eminem 1973 cü il oktyabrın 17si Missuri ştatının Kanzas şəhrində anadan olmuşdur.Əsil adı Marshall Bruce Mathers olan Eminem kasıb bir ailədə dünyaya gəlmişdi.Atası Eminemi 18 aylıq olanda tərk etmişdi.O 12 yaşına kimi həyatını müxtəlif ştatlarda keçirmişdi.Sonra isə o anası ilə birgə Detroit-ə yerləşirlər.Onun rapə olan həvəsinin yaranmasında həyatda ən cox sevdiyi insan olan dayısının böyük rolu olmuşdur.Hələ 14 yaşında olanda məktəblərdə təşkil olunan freestyle-larda fəal istirak etməyə başlamışdı.Aqressiv xarakteri,dərslərə olan laqeyidsizliyi 9cu sinifdə məktəbdən qovulmasına gətirib çıxarmışdı.Bundan sonra o həyatını rapə həsr eləyir ve “Basement Productions” ,”The New Jacks”,”D12” kimi qruplarda oxumağa baslayır. 
1996ci ildə o qədərdə tanınmıyan musiqi şirkəti ilə ilk albomu olan “İnfinite”ni işıq üzünə çıxarmışdır.Albom uğurlu alınmasada özünün rap deməy tərzi və ağ dərili olması ilə insanların böük marağına səbəb olur.1997ci ildə Rap Olimpics yarışmasına qatılır və ikinci yerə sahib olur. Yarşmadan sonra onun həyatında çox böyük dəyişikliklər baş verir.Bu yarışmanı izləyən Dr Dre Eminemi cox bəyənir və onu özünün yeni qurduğu musiqi şirkəti “Aftermath Records”'a dəvət eliyir.Eminem də böyük fürsəti qaçırmır və təklifi qebul edir.
Eminem Kim Mathers ilə ailə həyatı qurmuş,Hailie adında bir qızı dünyaya gəlmişdir.Bir müddət sonra Kimle yola getməz və boşanmağa qərar verərlər.Sonralar yenə bir yerdə yaşamaq qərarına gələrlər və təkrar evlənərlər.Ama bu dəfə də bir-birlərilə yola getməzlər və ayrılmaq qərarına gəlirlər.Eminem öz raplərində Kimlə yaşadığı prablemlərindən,anasına olan hirsindən və qızına olan sevgisindən çox bəhs etmişdir.
1999cu il 23 fevralda "The Slim Shady LP" albomunu çıxarmışdır. "My Name Is" və Dr Dre ilə bir yerdə ifa etdiyi "Guilty Conscience" rapləri sayəsində daha cox uğur qazanan albom elə ilk həftəsində 480.000 nüsxə satmışdır.Bu albom “Billboard” jurnalının xit paradında ikinci yerə yüksəlməyi bacarmışdı.2000ci ilin fevralında isə bu albom sayəsində Eminem “Ən yaxşı rap albom” və “Ən yaxşı rap konpazisiya” kateqoriyalarında iki Grammy mükafatına sahib olmuşdur.Bu albom uğur qazanmaqla yanaşı coxlu tənqidlərə məruz qalmışdır.Ən əsas da "97 Bonnie % Clyde" rapində öz arvadını öldürüb qızı ilə onu basdırması haqqında olan sözlər daha çox tənqid ateşinə məruz qalmışdır.Amma bütün bunlara baxmayaraq albom 4milyon satmağı bacarır.
Oğlunun raplərini eşidən anası onun ünvanına deyilən sözlərdən dəhşətə gəlir və oğlunu məhkəməyə verir.Anası məhkəmədə mənəvi zərbəyə görə Eminemdən 10 milyon dollar təlb edir.Lakin bütün bu qalmaqallara baxmayaraq Eminem 2000ci il mayın 23 də “The Marshall Mathers LP” albomu işıq üzünə çıxır.Bu albom çoxlarına görə Eminemin ən yaxşı albomudur.Bu albomdan sonar onun qarşısı alinmaz yüksəlişi dəqiqləşmiş oldu.İlk həftəsində albom 1,7 milyon satan albom rap dünyasında ən tez satan albom tituluna layiq gorülmüşdür.Bu albomla Eminem o zaman cox məşhur olan Britney Spears kimi müğənnilərə qarşı bir növ savaş elan etmişdi.İlk single olan "The Real Slim Shady" ilə Eminem bu cür mügənniləri lağa qoymuşdur.“The Marshall Mathers LP” albomu 8 həftə hit paradlarda zirvədə qalmağı bacarmışdır.Albomda olan “The Way I Am”, və “Stan” kimi raplər daha cox uğur qazanmışdır.Lakin albomun bütün uğuru bunlarla bitmir.” MTV Video Awards” müsabiqəsində Eminem “Ən yaxşı video klip” və “Ən yaxşı rap video” kimi mükafatlara sahib olmuşdur.”
“The Marshall Mathers LP” təkcə Amerikada 9 milyana yaxın satmışdır.
Bu albomdan sonra Eminem özünün musiqi şirkəti olan “Shady Records” qurur. Shady Records” da o özünün və D12 in albomlarını çıxarmışdır.Bundan sonra isə o Dr Drenin belə satış rəqəmlərini keçəcək raperi(50 cent) ortaya çıxarır.Onun ilk albomu “Get Rich Or Die Tryin" 11 milyon sataraq inanılmaz rekord qırır.50 cent sonra o Obie Trice ve Stat Quo nu ortaya çıxarsada onlar o qədərdə uğur qazana bilmir.
“The Eminem Show” adlı albom 2002ci ilin 28 mayında ərsəyə gəlir.Bu albom onun bütün dünyada tanınmasına səbəb olur.Albom özünün ilk həftəsində Amerika,Kanada,Böyük Britaniya və başqa 21 ölkənin hit paradında zirvələrdə olmağı bacardı.Eminemin sözlərinə görə o “The Eminem Show” albomunu hazırlayərkən 70ci illərin rock musiqisindən çox bəhrələnmişdir.Bir də onu qeyd edirki uşaqlıqda LL Cool J, NWA и Beastie Boys yanaşı Led Zeppelin и Aerosmith onun çox xoşuna gəlirdi.Albomun ilk sigle “ Without Me” olmuşdur. “The Eminem Show” albomu çıxdıqdan sonra 36 saat ərzində 285.000,ilk həftəsində isə 1.2 milyon satmışdır.
2004cü ildə Eminemin “Encore” adlı albomu çıxmışdır.Albomun ilk single-I "Just Lose It" o qədər uğurlu alınmasada artıq Eminem nə eləsəydi satırdı.Albomun digər single-ları Mosh" "Like Toy Soldiers" "Mockinbird" ve "Ass Like That" olmuşdu.Encore single-nı isə Eminem,Dr Dre və 50 cent üçü birlikdə ifa etmişdi.Bu single da uğur qazananların siyahısında oldu .2005ci ilin axırlarında “Curtain Call” adlı albomu da işıq üzü görmüşdür.Bu albom Eminemin ən yaxşı rapləri ile yanaşı "When I'm Gone" "Shake That" ve "Fack” kimi yeni raplərdə albomda yer almışdır.
D12- Eminem ve Detroitdən 5 dostunun qurduğu bir qrupdur.”Shady Records” dan olan ilk albomları "Devil's Night" 2001 ci ildə çıxmışdır.Amma Eminemin solo albomları qədər uğur qazanmır.Eminemin artıq bir ulduz olduğu 2004 cü ildə “D12 World” adlı albomu ilə D12 uğur qazanır.Qrup üzvləri Bizarre Swift Konartis Kuniva;artıq öz solo kariyelarnı qrublar.Qrup üzvü həmdə Eminemin ən yaxın dostu olan Proof bir gecə klubundan çıxarkən silahlı hücuma məruz qalmış və qətlə yetirilmişdir.
Eminem musiqi produserliyi ilə yanaşı özünü kinoda da sınamışdır.Filimdə Eminem Kim Basinger,Mekhi Phifer,Britanny Murphy kimi aktrisalarla birgə çəkilmişdir.Filmin saoundtracki Shady Records dan çıxan Lose Yourself tracki “Ən yaxşı film musiqisi” kateqoriyasında “Oscar” mükafatına layiq görülmüşdür.
Eminemin ən sonuncu albomu 2009 cu il may ayının 18 də çıxan "Relapse" albomu olmuşdur.Albomun hazırlanmasında Dr Drenin də böyük köməyi olmuşdur.Albomun ilk single-ı olan "We Made You" uğur qazanmış və ona klip çəkilmişdir.Bu single-ın uğurundan sonra ikinci single olan "3 A.M." –a Detroitdə klip çəkilmişdir.Dr Dre,50 cent və Eminem üçlüyünün bir yerdə oxuduğu "Crack A Bottle" rapi də albomun uğur qazanan raplərindəndir.

EMİNEM:”Mən heç vaxt çoxlu pul,bahalı maşınlar arzusunda olmamışam,mənim istədiyim RAP dünyasında öz kariyeramı qurmaq olub”…

Albomlar
1996: "Infinite"
1997: "The Slim Shady EP"
1999: "The Slim Shady LP"
2000: "The Marshall Mathers LP"
2002: "The Eminem Show"
2004: "Encore"
2005: “Curtain Call”
2009: "Relapse"

ZAMAN TƏLƏSİR ÖMÜR BU QƏDƏR AZDIR..  
   
HƏYAT MURƏKKƏBİ İLƏ YAZILMIŞ - MURƏKKƏB HƏYAT.  
  SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT ! SƏN QUM DƏNƏCİYİ QƏDƏR KİÇİKSƏN ! SƏNİN BEYNİNİ UŞAQ NAĞILLARI İLƏ DOLDURUBLAR ! SƏN HEÇ VAXT XOŞBƏXT OLMAYACAQSAN !  
GÜNƏŞ ALTINDA YENİ HEÇNƏ YOXDUR !  
  BİZİM ÜÇÜN DƏYƏRLİ HEÇNƏ YOXDUR!  
CƏNNƏT SAVABLA SATILAN FAHİŞƏLƏRLƏ DOLUDUR.  
  Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır.  
İNSAN AZAD DOĞULUR, LAKİN MƏN ONU HƏR YERDƏ ZƏNCİRDƏ GÖRDÜM.  
  J.J. RUSSO  
Bugün 1 visitors (2 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol