|
 |
|
GƏL ALLAH HARDASAN MƏN TƏK QALDIM. HARDASAN ALLAH HARDASAN MƏN TƏK QALDIM.. |
|
|
|
|
|
|
 |
|
Al Paçino |
|
|
|
|
|
|
|
|
|
|
|

Alfredo Ceyms Paçino 25 aprel 1940-cı ildə Nyu-Yorkda, kasıb bir ailədə anadan olmuşdur. Atası Salvator sığorta işçisi, siciliyalı əsilli, italyan anası Rouz isə evdar qadın idi. Amma balaca Alın 2 yaşı olanda valideynləri boşanır. Rouz övladları ilə Bronksda, kasıblar məhləsindəki ata evinə köçür. 2 otaqlı mənzildə 9 nəfər yaşayırdı: baba, nənə, 2 kar xala, nənəsinin anası… Anası xəstə olduğundan işləyə bilmirdi. Bütün yük və Alın tərbiyəsi nənə-babanın çiyinlərində idi. Ağır italyan xasiyyətli nənə balaca Alı çox ciddi nəzarətdə böyüdürdü. Ona həyətə düşmək, uşaqlarla ta o biri məhəlləyə kimi getmək qadağan idi. Onun yeganə ümidi bazar gününə idi. Çünki o gün anası ilə birgə kinoya gedirdi. Kinodan qayıdandan sonra Al öz guşəsinə çəkilib, gördüklərini təkrar edər, rola girib, oynayardı. Evdə kar xalaları üçün əlləri və gözləri ilə gördüyü filmi izah etmək vərdişi isə Alda əsl aktyor mimikası yaratmışdı.
Böyüdüyü məhəllə çox çirkli, dağınıq və təhlükəli idi. Tində yalnız narkomanlar, oğrular və əyyaşlar toplaşardı. Yeniyetmə Alın onlarla dostluq etməkdən başqa çarəsi qalmamışdı.
Məhəllə uşaqları ona «artist» ləqəbi qoymuşdular. Ailə də onun istəyinin əksinə getmədi: o, dram məktəbinə yazıldı. 15 yaşından özünü dolandırmaq üçün Al işləməyə başladı. Düz-əməlli sənəti olmayana nə iş verərdilər ki? Al gah kafedə zibil atan, gah ayaqyolu təmizləyən işləyər, gah da mərkəzi küçədə şeir, monoloq deyib, sonra da şlyapasını çıxarıb, tamaşa edənlərdən pul yığardı.
Nəhayət ki, onu kinoteatra yükdaşıyan götürdülər. Amma bir az keçmiş Alı ordan qovdular. Uşaqlıqdan qalan vərdişi onu işsiz qoydu: Al harda güzgü görsə dayanar, özünə baxıb, üz-gözünü əyə-əyə cürbəcur obrazlara girərdi.
Yada düşər xatirələr:
«İndiyə kimi yadımdadır. Nənəmin anası məni çox istəyirdi. Hərdən mənə yatağının altından gümüşü 1 dollarlıq çıxarıb verərdi. Və hər dəfə pulu mənə verəndə, bütün ailə birağızdan deyərdi: « Yooxx. Neynirsən? Uşağa pul vermə… Alma Alfredo, qaytar onu». Mən də pərt halda ovcumdakı iri dolları geri qaytarardım. Biz həqiqətən də kasıb idik. Yadımda deyil, neçə illər, axşam şamına suda bişmiş tərəvəz şorbası ilə keçinərdik».
«7 yaşım olanda küçə balaqanında topla butulkaları aşırıb, priz udmuşdum. Amma kişi prizi mənə vermədi. Mən ağlaya-ağlaya babamın yanına getdim. Ondan kömək istəyəndə, kişinin sifətinin necə dəyişdiyi indiyə kimi gözümün önündədir. «İndi nə edim? Mən axsaq ayağımla 6-cı mərtəbədən düşüb, 5 küçə getməliyəm ki, sən neçə dənə şüşə vurmusan?»
Sonra o, mənə izah etməyə çalışdı ki, həyatda belə şeylər çox olur. Sonradan mən gördüm ki, həyatda bündan betər haqsızlıqlar olur»
«Yazıq anam, bilmirdi məni məhlə uşaqlarından necə qorusun… Xəstə halı ilə hər axşam məni gözləyər, üst-başımı axtarar, məni iyləyərdi ki, birdən nəsə çəkərəm.
Qışda buzlu küçədən sürüşmək üçün saatlarla anamdan icazə alardım. O, isə buraxmazdı, «dərslərini hazırla» deyərdi. Mənsə hirslənir, anamın üstünə bağırırdım, o isə dözürdü.
İndi mən başa düşürəm ki, əslində o, mənim həyatımı qorudu. Bu gün məhlə uşaqlarımızın çoxu həyatda deyil. Mənsə yaşayıram, məşhur aktyoram. Təəssüf ki, anam mənim bu günlərimi görmədi. Mən hələ aktyor kimi tanınmamış, o, vəfat etdi».
«Şöhrət- ən birinci bədbəxtlikdir»
deyən Al Paçino məşhur olmağa can atmırdı.
O, uğur projektorlarının üzünü o yana çevirib, kölgədə qalmağı sevir. Hollivudda pulun və ad-sanın başgicəlləndirici təsirindən qorunmaq üçün o, içkiyə qurşanır. O, elə ilk uğurundan sonra öz həyatını alkoqolla darmadağın etdi.
Gizli ruhun sahibi olan teatr aktyorunu Frensis Ford Koppola kəşf etdi. O, Alı «Xaç atası» filminə Maykl Karleone roluna dəvət etdi.
İndi çoxlarına qəribə gələcək, amma filmin prodüserləri Frensisi məcbur edirdilər ki, Al Paçinonu filmdən kənarlaşdırsın. Onun oyunu bir aktyor kimi heç kimi qane etmirdi. «Bu ölüsifət heç nəyə yaramayacaq. Ondan aktyor olmayacaq. Bu filmi Al Paçino heç nə edəcək».
Frensis isə hər dəfə kamera arxasında dodaqaltı deyinərdi: « Hə, sən nə vaxt adam kimi oynayacaqsan?».
Və o gözlənilən an gəldi: Mayklın polis komissarını öldürən səhnə… Kino tənqidçiləri gənc aktyorun təkcə baxışı və mimikası ilə necə böyük hisslər yaşadığına heyran idi. «Xaç atası» elə Al Paçinonun sayəsində böyük uğur qazandı. Onun danışıqsız səhnələri yüzlərlə monoloqa dəyərdi. Və Al Paçino bu filmdən sonra heç vaxt kinoda çəkilməsəydi belə tək bu rolu ilə kino tarixində qalacaqdı.
Kofe qadını əvəz edir…
O, ömürlük ər rolunda qalmaqdan çox qorxur. ƿvəzində isə kofeyə vurulub. Yeməyə və bahalı içkilərə pulu olmayan Al küçədəki kafelərdə ucuz kofe içməklə gün keçirərdi. Onu məhəllənin dul qadınları bir qarın yeməyə və gecələməyə çağırardılar. Al da əvəzində o qadınlarla yataq yoldaşı olardı.
Kofeyə olan bağlılıq qadına olan ehtirası üstələdi. Buna görə dostları ona «Al Kapuççino» ləqəbi qoyublar.
« Nəyi pisdir ki? Vaxt var idi, mən alkoqola və narkotikaya qurşanmışdım. Amma mən sərxoş avara və narkoman olmadım, olmayacağam da… Sadəcə, içki mənə həyatımın müəyyən hissəsində həmdəm oldu».
Hətta bir dəfə Al «Oskar» təqdimatına da sərxoş gəlmişdi. Zaldan onu qucaqlarında çıxardılar. 5 dəqiqə də keçsəydi ürəyi bulanan, başı gicəllənən Al oturacaqlara qaytaracaqdı. O gündən 20 il keçib və Al kofedən möhkəm içki içmir.
Mən qadınlara qarşı vicdanlıyam. Onlar bilir ki, məndən nəyi gözləmək olar, nəyi yox…
Hər qadın onun xoşuna gələ bilməz. O, məşhur aktrisalar və kübar qadınlarla eşq yaşamaqdan qaçır.
ƿgər Al bir-iki ay ərzində kiminsə əlindən tutub, tədbirlərdə görünürsə bu, o demək deyil ki, Al ona qəlbini verib.
«Aydan gəlmiş Kapuççino» ilə keçən bir gecədən sonra qadınlar dəli-divanə olur. Amma nə fayda…
Qadınlar ondan uşaq doğur, amma o, ata olmaqdan boyun qaçırır.
Yana Tarrant Al ilə bir neçə aylıq birgəlikdən sonra hamilə qalır. ƿvvəl bunu gizlədir, hamiləliyin 7-8-ci ayında bütün aləmə car çəkir, uşaq Paçinonundur. Al bunu qəbul etmir. Yalnız qızı doğulandan və DNK testindən sonra Alın hirsi soyuyur və uşağa soyadını verir.
Lakin o, ilk övladının anası ilə evlənmir.
Sonradan o, Beverli De Ancela ilə uzun müddət birgə olur. Bütün Amerika nəhayət ki, Alın evlənəcəyini düşünürdü. Amma Al şərti şumda kəsmişdi. «Bir də əvvəlki şou olmayacaq. Qoy mənim bundan sonra heç övladım olmasın. Mən razıyam….»
5 ilin tamamında Beverli ona öz hədiyyəsini verir: əkiz uşaqlar…
Yenə mübahisə, yenə sübut-dəlil, test... Al Paçino uşaqları qəbul edir, lakin Beverlidən ayrılır. Qadın acığından Ala uşaqları görməyi qadağan edir. Amma məhkəmə Ala haqq qazandırır.
Al Paçino uşaqları çox sevir və imkan olan kimi onlarla vaxt keçirir.
«Uşaq şantaj aləti deyil. Bunu artıq 2 təcrübəçi qadına sübut etmişəm».
«Mənim atam 5 dəfə evlənib. Amma mən 65 yaşımda hələ də subayam. Bilirsiz… Bəlkə də evlənərdim….
Bir dəfə iqışforun yanında dayanmışdım. Yolun o biri tərəfindən gözəl qız mənə sarı gəlirdi. Mən ona göz vurub, gülümsədim. Qızsa mənə əl edib, « Ooo, salam, Maykl necəsən? Mənə aftoqraf verərsənmi?» dedi.
Və mən o an hiss etdim ki, mənim üçün adi yoldan keçən gənc olmaq belə əlçatmazdır. Bundan sonra heç kim məni Al kimi qəbul etməyəcək. O qız kimi… Məni gördü… Eyni zamanda görmədi».
|
|
|
|
|
|
|
 |
|
ZAMAN TƏLƏSİR ÖMÜR BU QƏDƏR AZDIR.. |
|
|
|
|
|
|
 |
|
HƏYAT MURƏKKƏBİ İLƏ YAZILMIŞ - MURƏKKƏB HƏYAT. |
|
|
|
|
|
| |
SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT ! SƏN QUM DƏNƏCİYİ QƏDƏR KİÇİKSƏN ! SƏNİN BEYNİNİ UŞAQ NAĞILLARI İLƏ DOLDURUBLAR ! SƏN HEÇ VAXT XOŞBƏXT OLMAYACAQSAN ! |
|
|
|
|
|
 |
|
GÜNƏŞ ALTINDA YENİ HEÇNƏ YOXDUR ! |
|
|
|
|
|
| |
BİZİM ÜÇÜN DƏYƏRLİ HEÇNƏ YOXDUR! |
|
|
|
|
|
 |
|
CƏNNƏT SAVABLA SATILAN FAHİŞƏLƏRLƏ DOLUDUR. |
|
|
|
|
|
| |
Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır. |
|
|
|
|
|
 |
|
İNSAN AZAD DOĞULUR, LAKİN MƏN ONU HƏR YERDƏ ZƏNCİRDƏ GÖRDÜM. |
|
|
|
|
Bugün 1 visitors (3 hits) kişi burdaydı! |